Azərbaycan komandası Portuqaliyanın Odivelas şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatını 1 qızıl, 2 gümüş medalla başa vurub.
Komandamızın üzvləri Vüsal Qələndərzadə (73 kq) qızıl, Nizami İmranov (60 kq) və Vüqar Talıbov (90 kq) isə gümüş medal qazanıblar.
Bu nəticə ilə yığmamız ümumi hesabda 2-ci yeri tutub. Birinci yerdə Yaponiya (9-3-2), 3-cü yerdə isə İtaliya (1-1-2) komandaları qərarlaşıblar.
Komandamız yarışda 8 oğlan, 6 qız cüdoçu ilə təmsil olunub. Turnirdə 68 ölkədən 500-dən çox idmançı mübarizə aparıb.
Leyla SABİRQIZI
XQ