Azərbaycanın çimərlik voleybolu üzrə kişilərdən ibarət “Murov Az Terminal” komandası Avropa kubokunda (Beach Volley European Cup) uğurla çıxış edərək çıxış yarımfinala vəsiqə qazanıb.
Komandamız 1/4 finalda Macarıstanın “SRSE Budapeşt” kollektivini məğlub edib. Belə ki, komandalar arasında keçirilən iki oyundan birində rəqib, digərində isə “Murov Az Terminal” qələbə qazanıb.
Qalibi müəyyənləşdirmək üçün oynanılan qızıl setdə 15:8 hesabı ilə rəqibi məğlub edən Azərbaycan təmsilçisi növbəti mərhələyə çıxıb.
Leyla SABİRQIZI
XQ