“Üçü birində” üçqat zərərlidir

post-img

N.N Petrov adına Milli Tibbi Onkoloji Mərkəzin onkoloqu, qastroenteroloq Artur Bernatski insanları kofedən imtina etməyə çağırıb. Bu barədə “Qazeta.ru” xəbər paylaşıb.

Həm də dietoloq kimi daim məsləhətlər verən həkim ən zərərli kofe kimi həll edilən “üçü birində”ni göstə­rib. Bildirib ki, həmin içkinin tərkibində ko­fein yox, teobromin vardır. 

Teobromin, kakao bitkisində olan, C7H­8N4O2 kimyəvi for­mula malik acı bir alkaloiddir. Ona görə həmin kofeni içənlər güm­rahlaşmaq əvəzinə, yuxululuğa meyilli olurlar. Hazır kofenin tər­kibində kofe turşusu, teobromin qalır ki, onun da orqanizmə yalnız zərəri vardır.

Bernatski “üçü birində” həlle­dilən içkini kofeinsiz kofe – “sur­roqat” (ögey qarında inkişaf edən körpə) adlandırıb. 

Z.HÜSEYNLİ
XQ

Sosial həyat