Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.
"XQ" Peşəkar Futbol Liqasına iatinadən xəbır verir ki, turun açılış matçında lider “Zirə” dördüncü pillədə qərarlaşan “Sumqayıt”ı qəbul edib. Oyun həddindən artıq gərgin keçib. Hətta ilk hissədə "Zirə" komandasının bir futbolçusu qırmız vərəqə ilə cəzalandırılıb və komanda 90 dəqiqəni azlıqda mübarizə aparmalı olub.
Belə ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən matç “qartallar”ın 1:0 hesablı qələbəsi ilə başa çatsa da, 10-cu dəqiqədə meydan sahiblərinin heyətində Pyer Zebli birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb.
Matçda yeganə qolu isə ilk hissənin əsas vaxtına əlavə olunmuş 45+1-ci dəqiqədə "Zirə"nin futbolçusu Məqsəd İsayev vurub. Sol cinah müdafiəçisi baxımlı zərbə ilə komandasına 3 xal qazandırıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 15-ə çatdıran “Zirə” turnir cədvəlində liderliyi davam etdirir. Yeddi xalı olan “Sumqayıt” isə dördüncü pillədədir.
Qeyd edək ki, VI turun “Kəpəz” – “Səbail” və “Araz-Naxçıvan” – “Neftçi” oyunları sentyabrın 16-da, “Turan-Tovuz” – “Qəbələ” və “Qarabağ” – “Sabah” matçları isə sentyabrın 17-də keçiriləcək.
Elçin ABBASOV,
XQ