Bu gün futbol üzrə Azərbaycan I Liqasında birinci tura yekun vurulub. Turun son qarşılaşmasında "Qaradağ Lökbatan" doöma meydanda "Şamaxı"nı qəbul edib. Lakin meydan amilindən yararlanmağa çalışan Qaradağ təmsilçisi "şirlər"lə mübarizədə qələbə qazana bilməyib.
"XQ" Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən gprqşqn ilk hissəsi 0:0 hesablı heç-heçə ilə başa çatıb.
İkinci hissəyə daha fəal başlayan qonaqlar 50-ci dəqiqədə Emil Qasımovun qolu ilə hesabı açıblar. Lakin çox keçməyib ki, 52-ci dəqiqədə Seyxan Fərıcov hesaba tarazlıq gətirib. Bundan sonra matçda hesab dəyişməyib. Beləliklə, "Qaradağ Lökbatan"-"Şamaxı" matçı 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, Neftçi İdman Mərkəzində keşirilən görüşü hakim Emin Əliyev idarə edib.
Elçin ABBASOV,
XQ