Niderlandın Haaqa şəhərində gənc cüdoçular arasında keçirilən Avropa çempionatı davam edir.
“XQ” Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha üç üzvü tatami üzərinə çıxacaq.
Oğlanlar arasında 73 kq çəki dərəcəsində Süleyman Əliyev və Vüsal Qələndərzadə, 81 kq çəkidə isə Ömər Rəcəbli mübarizə aparacaq.
Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Qeyd edək ki, yarışın ilk günündə cüdoçularımız üç medal qazanıblar. Nizami İmranov (60 kiloqram) qızıl, Aydın Rzayev (66 kiloqram) gümüş, Aydan Vəliyeva (52 kiloqram) isə bürünc mükafata sahib çıxıb.
Elçin ABBASOV,
XQ