Mariya Zaxarova: Ermənistanda Rusiya əleyhinə neqativ təbliğat aparılır

post-img

Ermənistanın informasiya meydanında Rusiya haqqında birtərəfli və neqativ informasiyalar yayılır. Bu barədə RF XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya-Ermənistan forumunun iştirakçılarına məktubunda bəyan edib. Məlumatı “İzvestiya.ru” yayıb. 

Onun sözlərinə görə, həqiqətdən uzaq informasiyalar RF və Ermənistan xalqları arasında dostluğun xarakterinə uyğun deyil. Erməni xalqının bütün bədbəxtliklərində Rusiyanı günahlandırmaq olmaz. 

Zaxarova deyib ki, ölkəsinin aparıcı mediamenecerləri və politoloqları Ermənistanda qara siyahıya salınıb və avqustda onların ölkəyə girişinə etiraz edilib. O, bu əəsnada “Sputnik Armeniya”nın icmalçısı Aşot Gevorqyan və bloger Mika Badalyanın həbsini xatırladıb. 

XİN rəsmisi qeyd edib ki, Rusiya əleyhinə təbliğat Qərb tərəfindən maliyyələşdirilən QHT-lər, ekspertlər və qrantlar vasitəsilə həvəsləndirilir. 

Paşa ƏMİRCANOV, 

XQ

Dünya