Argentina millisinin rekordu yenilənib

post-img

Futbol üzrə Argentina yığması Dünya Çempionatı-2026-nın seçmə mərhələsi çərçivəsində Ekvadorla qarşılaşıb. Görüş son dünya çempionunun 1:0 hesablı qələbəsilə başa çatıb.

“XQ” Türkiyə mediasına istinadən xəbər verir ki, “tanqoçular” bununla da dünya çempionatlarının seçmə mərhələlərində məğlubiyyətsizlik seriyasını 22 oyuna çatdırıblar ki, bu da millinin tarixinin ən yaxşı göstəricisidir.

Məlumatda o da bildirilir ki, Cənubi Amerikada seçmə mərhələlərdə rekord göstərici ardıcıl 34 məğlubiyyətsiz görüşlə Braziliyaya məxsusdur. Dünya çempionatının seçmə mərhələlərində mütləq rekordçu isə İspaniyadır. “Buğalar” 1993-cü ildən 2021-ci ilə qədər ardıcıl 66 qarşılaşmada uduzmayıb.

Elçin ABBASOV,

XQ

İdman