Tedesko 24 oyunçuya dəvət göndərib

post-img

Futbol üzrə Belçika yığma komandasının Azərbaycan və Estoniyaya qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələ oyunları üçün heyəti bəlli olub.

“XQ” xarici KİV-ə istinadən xəbər verir ki, Belçika millisinin italiyalı baş məşqçisi Domeniko Tedesko bu qarşılaşmalar üçün 24 oyunçuya dəvət göndərib.

Belçika millisinin heyəti aşağıdakı kimidir: Amen Əl-Dahil, Arnaud Bodart, Olivye Deman, Tomas Kaminski, Orel Manqala, Mats Sels, Yuri Tilemans, Yohan Bakayoko, Yannik Karrasko, Şarl de Ketelare, Jeremi Doku, Romelu Lukaku, Amadou Onana, Uqo Siqe, Leandro Trossard, Mişi Batşuayi, Timoti Kastan, Zeno Debast, Vout Faes, Dodi Lukebakio, Lois Openda, Artur Teat, Yan Vertongen.

Onu da əlavə edək ki, sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq Belçika seçməsi üç gün sonra Estoniyanı qəbul edəcək.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman