Ağalı kənd məktəbinin iki məzunu tələbə adını qazanıb

post-img

Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbindən 30 ildən sonra məzun olan şagirdlərdən 2-si tələbə adını qazanıb. Onlardan biri universitetdə, digəri isə kollecdə təhsillərini davam etdirəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağalı kənd məktəbindən bu il 4 şagird məzun olub. Qəbul imtahanlarından uğurla keçən Sənan Əliyev Bakı Avrasiya Universitetinin marketinq ixtisasına, Səid Abdullazadə isə Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin Turizm işinin təşkili fakültəsinə daxil olub. Ağalı kənd məktəbi 30 il sonra ilk məzunlarının uğurunu sevinclə qarşılayıb.

Sosial həyat