Taekvondo yığmamızın qələbəsi

post-img

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə böyüklər arasında Olimpiya çəki dərəcələri üzrə Avropa çempionatında Azərbaycan millisi aktivinə daha bir medal əlavə edib.

Yığmamızın heyətin­də Həmidreza Badrialibadi fəxri kürsüyə yüksəlib. 80 kiloqramdan yuxarı çəkidə dayanqa çıxan taekvon­doçumuz gümüş medala yiyələnib.

Bundan əvvəl koman­damızın digər üzvü Cavad Ağayev (68 kq) də 2-ci yeri tutub.

Estoniyada keçirilən gənclərin Avropa çempiona­tında da yığmamız hələlik 2 medal qazanıb. Belə ki, Sə­limə Quliyeva (42 kiloqram) gümüş, Məhəmməd Həsənli (45 kiloqram) bürünc medala sahib olublar. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman