“Bu tabloda bir nəğmə var”

post-img

“Facebook”dakı köhnə dostlarım­dan biri özünün son paylaşmında so­sial şəbəkə izləyicilərinə gördüyünüz bu tablonu təqdim edib. Düşünürəm ki, rəsmdəki qız gözəl və cazibədar olduğu qədər, paylaşımı müşayiət edən sözlər də səmimi və təsirlidir:

“Bu tabloda bir nəğmə var,

oxuya bilmədiyim.

Bir şeir var,

yaza bilmədiyim.

Bir yaşam var-

bir də təkrar yaşaya bilmədiyim...”

Qeyd edək ki, bu paylaşıma bir çox rəylər yazılıb. Kazım İsmayılov adlı bir şəxsin ürək sözləri diqqətimi xüsusilə cəlb etdi: “Bu tabloya baxan­da bir də dönə bilməyəcəyim gəncli­yim yadıma düşür. İnsanın hər günü, hər bir anı əvəzolunmazdır. Həyat belədir!” 

Təqdim etdi:
M.HACIXANLI,
“Xalq qəzeti”

Sosial həyat