Tarixi nəticə

post-img

Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr arasında keçirilən cüdo üzrə dünya çempionatında komandamız tarixi nəticə qazanıb. 

Yarışda uğurla çıxış edən Azərbaycan yığması 2 qızıl, 3 gümüş, 3 bürünc mükafat qaza­naraq ümumi komanda hesabında birinci yeri tutub. 

Komandamızın aktivinə qızıl medalları Nihad Məmişov (50 kiloqram) və Xə­dicə Qədəşova (52 kiloqram) yazdırıblar. Məhəmməd Məmişov (50 kiloqram), Məhəmməd Musayev (60 kiloqram) və Əbil Yusubov (66 kiloqram) gümüş, Mirxa­liq İskəndərov (55 kiloqram) və Süleyman Şükürov (73 kiloqram), Ramazan Əh­mədov (+90 kq) isə bürünc medal qazanıb.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman