Avropa birinciliyində 2 qızıl, 2 bürünc medal

post-img

Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində Azərbaycan millisi 2 qızıl və 2 bürünc medal qazanıb. 

Yığmanın heyətində Şahin Asla­nov (52 kq) və Səftər Məmmədzadə (90 kiloqram) Avropa çempionu titu­luna yiyələniblər. Komandamızın ak­tivinə bürünc medalları isə Adil Zalov (63 kiloqram) və İsmayıl Vəliyev (70 kiloqram) yazdırıblar.

32 ölkədən 380 idmançının qatıldığı yarışda 4 medal qazanan oğlanlardan ibarət milli Avropada dördüncü yeri tutub. 

Qeyd edək ki, 2022-ci ildə Türkiyədəki analoji yarışda komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etmişdi. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman