Şahmat Olimpiadası – 63 arasında 12-ci

post-img

Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadası başa çatıb.   

Heyətində Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinovanın mübarizə apardığı Azərbaycan millisi sonuncu turda Yunanıstan millisinə 1,5:2,5 hesabı ilə məğlub olub. Aktivində 11 xal olan yığmamız yarışı 12-ci sırada başa vurub.   

Yarışda 47 ölkədən 63 komanda mübarizə aparıb.

Leyla SABİRQIZI,  
“Xalq qəzeti”

 

İdman