Cüdoçumuz gümüş medal qazanıb

post-img

Azərbaycan cüdoçusu Əhməd Yusifov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə gümüş medal qazanıb.

60 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda Fransa təmsilçisi Teo Raoul Hebrarda qalib gələrək finala çıxıb. İdmançımız həlledici görüşdə Dilşot Xalmatova məğlub olub.

Leyla SABİRQIZI,  
“Xalq qəzeti”

İdman