“Qarabağ”–“Olimpiya” matçının vaxtı açıqlanıb

post-img

UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşacaq “Qarabağ”ın oyunlarının başlama saatı açıqlanıb.

Oyun avqustun 24-də səfərdə –  Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanın hakimləri də müəyyənləşib. Belə ki, matç Bolqarıstandan olan hakimlər briqadasına tapşırılıb. FİFA referisi Georgi Kabakova Martin Marqaritov və Diyan Valkov laynsmanlar qismində yardımçı olacaqlar. Radoslav Gidzhenov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionundakı görüş isə saat 20:00-da start götürəcək.

Leyla SABİRQIZI,  
“Xalq qəzeti”

İdman