Paralimpiya çempionatında növbəti medal

post-img

Azərbaycan idmançıları Avropa Paralimpiya çempionatının doqquzuncu günündə taekvondo, kamandan oxatma və badminton idman növləri üzrə güclərini sınayıblar. 

Taekvondoçumuz İmaməddin Xəlilov (70 kq, K44) yarışda inamla çıxış edərək qızıl medal qazanıb. Bundan əvvəl taekvondoçularımız Röyalə Fətəliyeva (52 kq, K44) gü­müş, Amin Şıxalıyev (63 kq, K44), Sabir Zeynalov (58 kq, K44) bürünc medala layiq görülüblər. 

Cüdoçular isə çempionatı 2 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurublar. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman