Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasında 6-cı turun oyunları keçirilib.
Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinovanın birgə mübarizə apardığı Azərbaycan millisi növbəti oyunda “Niderland 3” komandası ilə üz-üzə gəlib. Qarşılaşma komandamızın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Yarışda 47 ölkədən 63 komanda mübarizə aparır.
Leyla SABİRQIZI, “Xalq qəzeti”

