İstanbulda gümüş medal

post-img

Yunan-Roma güləşi üzrə millimizin idmançısı Murad Əhmədiyev (97 kq) Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində medal qazanıb.

İdmançımız ənənəvi yarışda fina­la qədər bütün rəqiblərini məğlub etsə də, həlledici mərhələdə uduzaraq gü­müş medalla kifayətlənib.

 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman