“Krakov-2023”: Avropa Oyunlarında ilk qızıl

post-img

Polşada keçirilən III Avropa Oyunlarında dünən idmanın 11 növü üzrə yarışlar təşkil olunub. 

Yarışın ikinci günündə yeddi növ üzrə 21 dəst mükafatın sahibi müəy­yənləşib. Azərbaycan yığması bu növ­lərdən dördündə təmsil olunub.

Təmsilçilərimizdən karate­çimiz Tural Ağalarzadə (67 kq) Azərbaycan komandasına ilk me­dalı qazandırıb. 

Finala qədər uğurla irəliləyən idmançımız həlledici görüşdə yu­nanıstanlı Dionisios Xenosu da məğlub edərək Oyunların qızıl medalına sahib olub.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman