“Berlin-2023”də ikinci

post-img

Almaniyanın Berlin şəhərində Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında komandamızın çıxışı davam edir. 

Üzgüçülük üzrə estafet yarışlarında idmançılarımız Aidə Rzayeva, Vüsalə Qasımova, Əli Məhəmməd və Ağasə­lim Abdullayev 4 x 25 metr məsafədə gümüş medal qazanıblar.

Qeyd edək ki, komandamız buna qədər 1 qızıl, 11 bürünc medala sahib olub. Medalları bədii gimnastika və po­erliftinq üzrə idmançılarımız əldə edib­lər.

 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman