Türkiyə İsveçdən konkret addımlar gözləyir

post-img

Türkiyə parlamentinin spikeri Nüman Kurtulmuş “TRT” televiziyası ilə çıxış edərək bəyan edib ki, İsveç Madrid memorandumuna sadiq qalmalı, terrorizmə və terrorçulara qarşı mübarizə öhdəliklərini yerinə yetirməlidir. İsveç anti-terror haqqında qanun qəbul edib. Biz bunu alqışlayırıq. Lakin hələ də Türkiyənin ədalətli tələbləri yerinə yetirilməyib. İsveçdən konkret addımlar atmağı gözləyirik.

TASS-ın məlumatına görə, bundan əvvəl NATO-nun Baş katibi Yens Stol­tenberq bildirmişdi ki, İsveç Alyansa qəbul olunmaq üçün üçtərəfli memo­randumu yerinə yetirib. Türkiyə isə bunu təkzib edir.

“Xalq qəzeti”

Dünya