Süni zəka idman yarışlarını şərh edəcək

post-img

Tarixdə ilk dəfə olaraq süni zəka idman yarışlarını şərh edəcək. Bu barədə “bbc.com” saytı məlumat verib.

Aparıcı İT şirkəti “IBM”in hazırladığı süni intellekt “Wimbledon” tennis çem­pionatında matçın əsas anlarını şərh və təhlil edəcək. Süni zəka keçirilən yarışların maraqlı hissələrini seçərək turnirin saytında paylaşacaq. Həmçi­nin həmin videoları səsləndirəcək və sözləri altyazı şəklində ekranda da göstərəcək.

Şirkətin marketinq və kommunika­siyalar üzrə vitse-prezidenti Conatan Adaşek bu barədə deyib: “Hazırlanmış süni intellekt “Wimbledon– 2023” çem­pionatına yeni perspektiv gətirəcək. Bu texnologiya sayəsində böyük idman yarışlarını geniş auditoriyaya çatdır­maq mümkün olacaq.”

Qeyd edək ki, “Wimbledon” tennis çempionatı 2023-cü il iyulun 3-dən 16-dək keçiriləcək. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya