Yağış, leysan yağacaq, dolu düşəcək, duman olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən iyunun 23-də Bakıda və Abşeron yarımadasında havanın də­yişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Gündüz ara­bir güclənən şimal-qərb küləyi əsəcək, ax­şam şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 17-22°, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80 , gün­düz 50-60 faiz olacaq. Abşeron çimərliklə­rində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşa­ğı, Nardaran, Bilgəh, Zaqulba) 21-22° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış ya­ğacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Axşam yağıntılar tədricən kəsiləcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güc­lənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 24-29°, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacaq. 

 

Q.QASIMOV, “Xalq qəzeti”

Ekologiya