Rahat yatmaq üçün...

post-img

Yataqda uzanıb yata bilməmək vərdişlə də bağlı ola bilər. Somnoloqların fikrincə, yaxşı yatmaq istəyən bu qaydaları unutmamalıdır:

1. Məşq etmə­yin: İdman etmək sağlamlıq üçün yax­şıdır. Bu, yuxu key­fiyyətini yaxşılaş­dırır, çünki kifayət qədər məşq dərin yuxuya kömək edir. Lakin məşqlə yuxu arasında bir neçə saat ara olmalıdır. Əks halda, hərəkət yormur, əksinə, səni yenidən oyadır.

2. Çox ədviyyatlı yemək olmaz: Yaxşı yatmaq istəyirsi­nizsə, axşam saatlarında gec həzm olunan heç bir şey yemə­yin. Ədviyyatlı yeməklər də qan dövranını stimullaşdırır və yuxuya getməyi çətinləşdirir.

3. Spirtli heç nə içməyin: Axşam saatlarında spirtli içki qəbul edənlər çox vaxt daha narahat yatırlar, onlar üçün dərin yuxuya getmək daha çətindir.

4. Smartfon, planşet, televizordan uzaq durun: Cihaz­ların mavi işığı beyni aldadır. İnsan gündüz olduğunu düşü­nür və beləliklə, yuxu hormonu melatonin daha az ifraz olu­nur. Yatmazdan əvvəl televizora baxmamaq tövsiyə edilir.

Zərifə HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat