Yaxşı yuxu–yeni yastıq

post-img

Köhnə yastıq sağlamlıq problemləri yarada bilər. Əgər yuxuya getməkdə çətinlik çəkir, ləng oyanır, yuxulu olur­sunuzsa, başınız, boğaz və ya boyunda ağrılar olursa, deməli, yastığınızı dəyişməyin vaxtıdır.

Somnoloqların (yuxu tədqiq edənlər) fikrincə, yuxu vəziy­yətindən asılı olaraq yastığı hər il və ya ən azı, iki ildən bir dəyişmək lazımdır. Əks halda, yastıq nəinki bərkiyir, həm də saysız-hesabsız toz gənəsi üçün sığınacağa çevrilir.

Yastığınızı dəyişməzdən öncə onu yarıya qatlayın, bərk basın və sonra əlinizi çəkin. Yastıq əvvəlki formasına qayı­dırsa, bu, onun hələ istifadəyə yararlı olduğunu göstərir. Əks halda yastığı dəyiş­məyin vaxtıdır. Belə testi yuxudan dur­duqdan sonra ba­şınız və boynunuz ağrıyarsa, mütləq aparmaq lazımdır. 

İnsan həyatının üçdə birini yuxu­da keçirdiyi üçün yastıq, təbii olaraq, bakteriyalar, ölü dəri hissəcikləri, yağ ifrazatları, toz, bütün bunlarla qidalanan gənələr üçün “yuva”ya çevrilir.

Bunlar sızanaq, boğaz ağrısı və allergiyaya səbəb ola bilər. Buna görə də, təxminən, 3 aydan bir yastıq paltaryuyan maşında yuyulmalıdır.

Zərifə HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat