Mədəniyyət xəbərləri

post-img

Azərbaycan Dövlət “Yuğ” Teatrı Gürcüstanın Kutaisi şəhərində təşkil olunan “Teatral İmereti” beynəlxalq teatr festivalında çıxış edib. 

Teatrdan bildirilib ki, hər il keçirilən festivala bu dəfə 20-dən çox ölkə qatılıb. Festival çərçivəsində “Yuğ” Teatrı V.Şekspirin “III Riçard” əsəri əsasında bolqa­rıstanlı rejissor Hristo Stoiçevin quruluşunda “Lənət” tamaşasını nümayiş etdirib. Bu səhnə təqdimatı beynəlxalq festivalın ən orijinal tamaşası seçilib və mükafat qazanıb.

Tamaşada rolları Əməkdar artist Qasım Nağı, aktyorlar Oqtay Mehdiyev, Natə­van Qeybani, Təranə Ocaqverdiyeva və Zümrüd Qasımova ifa ediblər.

***

Nizami Kino Mərkəzində Azərbaycan memarlıq sənətinin iki görkəmli nü­mayəndəsi – Sadıq Dadaşov və Mikayıl Hüseynova həsr edilmiş “Yaradan­lar” sənədli filmi nümayiş olunub. Film Mədəniyyət Nazirliyinin dəstəyi və Memarlar İttifaqının təşəbbüsü ilə çəkilib.

2020-ci ildə “Salnaməfilm” studiyasında istehsal olunmuş filmin rejissoru Şa­mil Əliyev, ssenari müəllifi isə Natiq Rəsulzadədir. 

Ekran əsərində Mikayıl Hüseynovla Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyası şəraitində Azərbaycan memarlığının keçdiyi yol araşdırılır. Film müxtəlif beynəlxalq festivallarda iştirak edərək müka­fatlara layiq görülüb.

***

Türkiyə Yazarlar Birliyi başkanı Mehmet Kurtoğlunun təşəbbüsü ilə “Türkcənin 14-cü şeir şöləni”nin materialları əsasında “Türk Dünyası şeir güldəstəsi” kitabı işıq üzü görüb. 

Qardaş ölkədə geniş yayımlanan topluya ötən il poeziya bayramının iştirakçı­ları olmuş tanınmış Azərbaycan şairləri Ramiz Qusarçaylı və İbrahim İlyaslının da şeirləri daxil edilib.

Ə.DOSTƏLİ, “Xalq qəzeti”





Mədəniyyət