Müharibə əlilləri üçün xüsusi idman protezləri

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı xüsusi idman protezləri ilə də təmin olunmasını planlaşdırır. 

Bununla əlaqədar Danimarkanın “Levitate” şirkətinin Türkiyə və Azər­baycan üzrə təmsilçisi olan “Bionic Center Prosthetics Orthotics” tərəfin­dən bir qrup müharibə ilə əlaqədar əlil­liyi olan şəxsin iştirakı ilə xüsusi idman protezlərinin sınağı keçirilib. Sınaq işləri müsbət nəticələnib və müharibə veteranları bu protezlərin idmanla məş­ğul olmaq üçün etibarlı və rahat, uyğun olduğunu bildiriblər.

Bundan əvvəlki mərhələdə 2020-ci ilin dekabr ayından bəri nazirlik tərəfin­dən müharibə ilə əlaqədar əlilliyi olan 420 şəxs 438 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib. Elektron diz oynaqları ilə təhciz olunan yüksək texnologiyalı protezlər aktivlik və funk­sionallığı ilə seçilir.

Xüsusi idman protezləri isə yüksək texnologiyalı protezlərə quraşdırılmaq­la, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin qaçış və digər bir çox idman oyunlarında daha sərbəst və aktiv şə­kildə, rahat hərəkətlər etməsinə şərait yaradacaq.

Gələn ildən aktiv həyat sürən ampu­tantların mərhələli şəkildə idman pro­tezləri ilə təminatı işlərinə başlanılacaq.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat