Milli Olimpiya Komitəsində atletlərin növbəti iclası

post-img

Milli Olimpiya Komitəsində Atletlər Komissiyasının növbəti görüşü baş tutub. Görüşdə  idmançı və məşqçilərin münasibətləri müzakirə aparılıb.

MOK-un mətbuat xidmətindən "Xalq qəzeti"nə biıdiriblər ki, məşqçilər üçün psixoloji testlərin təşkil olunması, qarşılıqlı davranış qaydalarının yaradılması haqqında söhbət edilib. Həmçinin, idmana yeni başlayan yeniyetmə və gənc idmançılara qayğı göstərilməsinin vacibliyi də qeyd edilib. Görüşdə bildirilib ki, komisiya Gənclər və İdman Nazirliyinə məşqçilərin qeydiyyatının aparılacağı yeni bir veb saytin yaradılması haqda təklif irəli sürəcək. Məqsəd gələcəkdə valideynlərin idman növünə uyğun olaraq övladları üçün peşəkar məşqçilər seçmələrinə şərait yaratmaqdır.

Qeyd edək ki, görüşdə MOK-un idman idarəsinin direktoru Həsənağa Rzayev, Beynəlxalq Proqramlar şöbəsnin əməkdaşı Ceyhun Rəhmanov, Komissiyanın sədri  Rüstəm Orucov (cudo), komissiyanın katibi Fəridə Əzizova (taekvando), üzvləri Kamran Şahsuvarlı (boks), Fatimə Əlkərəmova (üzgüçülük) iştirak ediblər.

 

"Xalq qəzeti"



İdman