Türkiyə “Hürjet”inin növbəti sınaqları

post-img

Türkiyənin “Hürjet” təlim-döyüş təyyarəsi eniş dəstləri bağlı şəkildə ilk uçuşunu yerinə yetirib. Bu barədə “TRT Haber” televiziya kanalın məlumat yayıb.

Qeyd edək ki, Türkiyənin yerli TUSAŞ şirkəti tərəfindən milli və yerli imkanlar hesabına hazırlanan reaktiv mühərrikli “Hürjet” təyyarəsi ötən ilin dekabr ayında ilk dəfə anqardan çıxarılıb, cari ilin fevralında isə mühərrikini işə salıb.

İlk uçuşunu cari ilin aprel ayında həyata keçirən “Hürjet” həmin uçuş zamanı 14000 ft (4.2 km) yüksəkliyə qalxaraq 26 dəqiqə havada qalıb və 250 knot hava sürətinə çatıb.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya