"Valensiya" Cenk Özkaçarla 5 illik müqavilə imzalayıb

post-img

İspaniyanın "Valensiya" futbol klubu Cenk Özkaçar ilə 5 illik müqavilə bağlayıb. Bu barədə klubun rəsmi açıqlamasında bildirilib ki, 22 yaşlı futbolçu ilə 2028-ci ilədək sözləşmə imzalanıb.

Mənbə qeyd edir ki, Cenk Özkaçar ötən mövsümdə son turda La.Liqada qalmağı təmin edən "Valensiya"da 17-si ölkə çempionatı olmaqla,  ümumilikdə, 21 dəfə meydanda olub.

İspaniya mətbuatında yer alan xəbərlərə görə, "Valensiya" Cenk Özkaçarın transferi üçün "Olympique Lyon"a 5 milyon avro ödəyəcək.

 

Elçin ABBASOV,

"Xalq qəzeti"

İdman