Mark Milli: Dünyada azı üç fövqəldövlət var

post-img

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli bildirib ki, bugünkü çoxqütblü dünyada ABŞ, Çin və Rusiya da daxil olmaqla, ən azı üç fövqəldövlət var. Bu, getdikcə daha aydın görünür.

Milli deyib: “ABŞ SSRİ-nin dağılmasından sonra yeganə superdövlət olaraq qalırdı, lakin bu vəziyyət dəyişib. İndi getdikcə daha aydın olur ki, biz həqiqətən də, ən azı üç fövqəldövlətin - ABŞ, Çin və Rusiyanın olduğu çoxqütblü beynəlxalq mühitdəyik”.

General qeyd edib ki, gələcək onilliklərdə dünya çox ciddi problemlər və böhranlarla üzləşəcək: “Bəzi dövlətlər öz regionlarında getdikcə daha əhəmiyyətli rol oynayırlar. Bir müddət sonra onlar da supergüc statusuna iddia etməyə başlayacaqlar”.

"Xalq qəzeti"

 

Dünya