Atletimiz dünya çempionatına lisenziya qazanıb

post-img

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika üzrə milli komandasının üzvü, paralimpiya çempionu Lamiyə Vəliyeva İtaliyanın Cesolo şəhərində keçirilən Qran-Pridə 400 metrəyə qaçışda 56,75 s. nəticə göstərərək birinci yerə sahib çıxıb.

L.Vəliyeva bu nəticə ilə cari ilin iyul ayında Fransanın paytaxtı Paris şəhərində keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya əldə edib.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman