Zelim Kotsoyev dünya çempionatının bürünc medalını qazanıb

post-img

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparıb.

Azərbaycan Cüdo Federasiyasından “Xalq qəzeti”nə bildirilib ki, çempionatda 100 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz gürcüstanlı idmançı İlya Sulamanidze qalib gələrək bürünc medal əldə etdi.

Qeyd edək ki, dünya çempionatı mayın 14-də başa çatacaq.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman