Məhəmməd Abdullayev dünya çempionatında bürünc medal qazanıb

post-img

Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilir. Finala gedən yolda Azərbaycan millisinin heyətində Alfonso Domingesin (86 kq) ardınca Məhəmməd Abdullayev (+92 kq) rinqə çıxıb. Bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən “Xalq qəzeti”nə bildirilib. 

Məlumatda qeyd edilir ki, idmançımız yarımfinalda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gəlib. Döyüşdə rəqib finala vəsiqə qazandığından Abdullayev dünya çempionatının bürünc medalla başa vurub. Bu onun böyüklər arasında ardıcıl eyni əyarlı ikinci mükafatı olub.

Qeyd edək ki, daha öncə Dominges yarımfinalda Georgi Kuşitaşvilini (Gürcüstan) 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək ikinci dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Olimpiya mükafatçımız həlledici görüşdə rusiyalı Şarabutdin Atayevlə döyüşəcək. Qarşılaşma mayın 14-də olacaq.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman