Elvin Dadaşov: “Gələcəkdə dövlətlər arasında müharibələr enerji–neft, qaz deyil, su üstündə aparılacaq”

post-img

Mərkəzi Elmi Kitabxanada keçirilən “Ölkə əhalisinin keyfiyyətli su təminatı-dünən, bugün və sabah” adlı konfransda çıxış edən “Sanitariya Epidemioloji Xidmətlər” MMC şirkətinin texniki şöbə müdiri Elvin Ddaşov “Xalq qəzeti”nə açıqlamasında bildirdi ki, son illər ölkmizdə əhalininsu təminatının yaxşılaşdırılması və keyfiyyətin yüksəldiməsi məqsədilə bir sıra işlər görülüb. Azərbaycanın sosial-iqtisadi inkişafının təməlində əhalinin maddi-sosial rifahının artırılması ilə yanaşı, onların sağlamlığının mühafizəsiində keyfiyyətli su təminatı bu baxımdan xüsusi yer tutur. Natiq bildirdi ki, əhalinin dayanıqlı su təminatının bir seqmenti də daşınmaz əmlakların su tutarları və anbarlardır.

Elvin Dadaşov qeyd etdi ki, təmsil etdiyi qurum Bakıda və Respublikanın digər bölgələrində su tutarların mexaniki yolla yuyulub təmizlənməsi və dezinfeksiya olunması ilə bağlı kifayət qədər işlər görür. 

“Qloballaşan dünyada suya tələbatın qarşıdakı illərdə daha yüksək həddə çatacaq və su “Qara qızıl”dan da baha olacaq. Hətta gələcəkdə dövlətlər arasında müharibələr enerji–neft, qaz deyil, su üstündə aparılacaq”.

Elvin Dadaşov  susuz heç bir canlının yaşaya bilməyəcəyini və keyfiyyətli suyun isə bəşər övladı üçün hər zaman ən vacib amil olduğunu söylədi. 

O qeyd etdi ki, bu günlərdə 100 illik yubileyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin siyasətinin bir xətti də ölkə əhalisinin keyfiyyətli su təminatı olmuşdur. Hələ sovet dövründə onun hakimiyyəti illərində ölkənin bir sıra regionlarında iri su anbarları yaradılmış, habelə paytaxt Bakının içməli su təminatının yaxşılaşdırılması məqsədilə 1970-1971-ci illərdə şəhərə su kəmərləri çəkilmişdir. Bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Belə ki, 27 iyul 2020-ci ildə ölkə başçısı tərəfindən “Su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı imzalanmışdır. 

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman