Paraüzgüçümüz dünya rekorduna imza atıb

post-img

Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən paraüzgüçülük üzrə dünya seriyası yarışında iştirak edən üçqat paralimpiya çempionu Raman Saley turnirin təsnifat mərhələsində 200 metrəyə sərbəst üzmədə 01.58.36 nəticə göstərərək dünya rekorduna imza atıb. Bununla da R.Saley yarışın final mərhələsinə vəsiqə qazanıb.

Eyni zamanda, idmançımız 100 metrəyə butterfly üsulu, millinin digər üzvü, paralimpiya çempionu Vəli İsra­filov isə 100 metrəyə brass üsulu ilə üzmədə finala vəsiqə qazanıblar.

Leyla QURBANOVA, “Xalq qəzeti”

İdman