“Neftçi” futzal finalında

post-img

Futzal üzrə Yüksək Liqada ikinci finalçı məlum olub. 

Pley-off mərhələsinin üçüncü turunun oyunu Bakı İdman Sarayında “Baku Fire” və “Neftçi” komandaları arasında keçiri­lib. Həlledici görüşdə 6:3 hesabı ilə qələ­bə qazanan “Neftçi” İK finala adlayıb.

Qeyd edək ki, yarımfinalın digər gö­rüşündə “Araz Naxçıvan” “Record”a bir oyunda qalib gəlib, ikinci oyun isə rəqib meydana çıxmadığı üçün baş tutmayıb. Bununla da, Naxçıvan təmsilçisi texniki qələbə sayəsində finala yüksəlib. 

L.AZAD, “Xalq qəzeti”

İdman