Xoşbəxt an quş kimidir...

post-img

“Facebook”da bu fotonu Jalə Əhmədova adlı bir ziyalı xanım yerləşdirib. Paylaşımında isə cəmi bir cümlə yazıb: “Xoşbəxt an quş kimidir, uçub gedir, amma onun xatirəsi ürəyi istiləşdirir...”

Bu gözəl təbiət lövhəsi, sanki, mənə həyatın nə qədər əsrarəngiz olduğunu pıçıldadı. Yadıma böyük şairimiz Bəxtiyar Vahabzadənin bu dəyərli misraları düşdü:

Həyatımın qayğısız çağlarında

Qədrini bilməmişəm.

Hələ nə var ki, ömrüm qabaqdadır,- demişəm. 

Otuzdan adlayınca, gündə otuz min kərə

Başımı yellədirəm hədər gedən illərə.

Səndən doymaq olarmı, həyat, sən nə şirinsən! 

Ancaq hamının deyil, 

Sən həyatın qədrini bilənlərinsən!

Əziz oxucu! Gəlin hər birimiz hə­yatın hər anının qədrini bilənlərdən olaq! 

 

M.QARAÇAYLI, “Xalq qəzeti”

Sosial həyat