Bakıda atəş yarışında Türkiyə ilk medalını qazanıb

post-img

Bakıda atıcılıq üzrə keçirilən “Dünya Kuboku 2023”ün üçüncü yarış günündə qarışıq komandalar 10 metr məsafəyə pnevmatik tüfəng və tapançadan atış yarışlarında güclərini sınayıblar. 

Türkiyə komandası turnirdə ilk me­dalını qazanıb. Pnevmatik tapançadan atəş açma yarışlarında Şimal Yılmaz və İsmail Keleş cütlüyü İtaliya koman­dasını 17:9 hesabı ilə üstələyərək bü­rünc medala sahib olub. Hindistanlı Divya Tadigol Subaraju və Sarabjot Sinqh cütlüyü serbiyalı Zorana Aru­noviç və Damir Mikeç duetini 16:14 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. 

Qarışıq komandalar arasında isə pnevmatik tüfəngdən atəş üzrə finala düşən Çinin iki komandasından biri (Yu­ting Hvang və Lihao Şenq) qızıl, digəri (Jiling Vanq – Aoran Yanq) gümüş me­dala sahib olub. Həmyerlilər finalı 16:14 hesabı ilə tamamlayıblar. Çexiya ko­mandasını təmsil edən Aneta Brabçova - Frantisek Smetana cütlüyü Macarıs­tan təmsilçilərindən (17:11) önə çıxaraq bürünc medala yiyələnib.

Qeyd edək ki, mayın 9-da Bakı Atıcı­lıq Mərkəzində start götürən yarış 6 gün davam edəcək.

İdman