İki boksçumuz dünya çempionatının finalında mübarizə aparacaq

post-img

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında Azərbaycan millisinin iki boksçusu bu gün yarımfinalda mübarizə aparacaq. 

Yığmamızın üzvlərindən Alfonso Dominqes (86 kq) yarımfinala gedən yolda Şoxcahon Abdullayev (Özbəkis­tan) üzərində 5:2 hesablı qələbə qaza­nıb. Təcrübəli rinq ustası finala vəsiqə uğrunda gürcüstanlı Georgi Kuşitaşvili ilə üz-üzə gələcək. 

Məhəmməd Abdullayev (+92 kq) isə dörddəbir final döyüşündə Nikoloz Beqadzeni (Gürcüstan) 5:0 hesabı ilə məğlub edib. Boksçumuz bu mərhələ­də kubalı Fernando Lopes Arzolanın öhdəsindən gələ biləcəksə həlledici mərhələyə çıxacaq. 

Onu da qeyd edək ki, hər iki boks­çumuz yarımfinala vəsiqə qazanmaqla özlərinə ən azı bürünc medalı da təmin ediblər.

İdman