Yunanıstanın Rodos şəhərində təşkil edilən məktəblilər arasında dünya çempionatında Azərbaycan şahmatçısı Süleyman Süleymanlı uğurla çıxış edib. Təmsilçimiz 17 yaşadək məktəblilərin yarışında gümüş medal qazanıb.
Həmyerlimiz 7 xalla yaşıdları arasında ikinci olub. Bu yaş kateqoriyasında 7,5 xal toplayan Adar Tarhan (Türkiyə) qalib adına sahib olub. Rumıniya təmsilçisi Andrey Filip 6,5 xalla bürünc medala layiq görülüb.
Qeyd edək ki, mötəbər yarışda 51 ölkə iştirak edib.
Leyla QURBANOVA,
“Xalq qəzeti”