Yeniyetmə və uşaq qılıncoynadanlarımız Antalyada keçirilən beynəlxalq turnirdə iştirak ediblər.
İdmançımızdan ən yaxşı nəticəni Səid Sultanlı göstərib. O, 10 yaşadək oğlan sablyaçıların şəxsi yarışında qızıl medal qazanıb.
Komandamızın digər üzvləri Züleyxa Sultanlı 14 yaşadək sablyaçının şəxsi mübarizəsində beşinci yeri tutub. Jasmin Vəliyeva isə 10 yaşadək sablyaçı qızların şəxsi yarışında əsas mərhələyə kimi yüksəlməyi bacarıb.
Leyla QURBANOVA,
“Xalq qəzeti”