U-17 millimiz Albaniyada UEFA İnkişaf turnirində iştirak edəcək

post-img

"Xalq qəzeti" AFFA-ya istinadən məlumat verir ki, on yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 1-dən 7-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək. Oyunların təqviminə əsasən, turnirdə Azərbaycan millisi ilə yanaşı, Albaniya, Farer adaları və Moldova seçmələri də mübarizə aparacaqlar.

U-17 millimiz ilk oyununu mayın 2-də Farer adaları təmsilsinə qarşı keçirəcək. Mayın 4-də  komandamız meydan sahibləri ilə qarşılaşacaq. Üç günsonra yəni,  mayın 7-də isə millimiz Moldova təmsilçisini sınağa çəkəcək.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman