Yeniyetmə cüdoçularımız Çexiyanın Teplitse şəhərində təşkil olunan Avropa Kuboku turnirində komanda hesabında birinci yeri tutublar.
Azərbaycan cüdoçuları, ümumilikdə, 6 qızıl, 1 gümüş və 4 bürünc olmaqla 11 medala sahib olublar. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.
Qeyd edək ko, idmançılarımız turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc olmaqla, yeddi medal qazanıb. Turnirin ikinci günündə isə oğlanların yarışında -73 kq çəkidə Süleyman Şükürov, -81 kq çəkidə Aslan Kotsoyev və +90 kq çəkidə Ramazan Əhmədov bütün rəqiblərini məğlub edərək komandamızın aktivinə 3 qızıl medal yazdırıblar. -81 kq çəkidə mübarizə aparan Hüseyn Eyvazlı isə bürünc medala sahib olub.
-73 kq. çəkidə yarışan cüdoçular Allahverdi Səmədov 5-ci, Mehdi Abbasov 7-ci yerdə qərarlaşıb. -90 kq. çəkidə mübarizə aparan idmançımız Tuncay Şamil yarışı 7-ci yerdə tamamlayıb.
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"