Boksçularımız “Strandja” turnirində

post-img

Boksçularımız “Strandja” turnirində 


Azərbaycan Boks Federasiyasının məlumatına görə, dünən Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın boksçular arasında start götürən “Strandja” beynəlxalq turnirinin püşkü atılıb. 
Püşkə əsasən, Günel Rəhimova (48 kq) fransalı Qloria Dameyda, Anaxanım İsmayılova (50 kq) İspaniya idmançısı Laura Fernandes, Zeynəb Rəhimova (54 kq) Yuliya Koroli (Moldova), Məhsəti Həmzəyeva (57 kq) Vinakşi (Hindistan), Şəhla Allahverdiyeva (66 kq) kanadalı Çarli Kavana, Aynur Rzayeva (81 kq-dan yuxarı) Monika (Hindistan), Malik Həsənov (63,5 kq) Şpetim Bayoku (Kosovo) və Məhəmməd Abdullayev (92 kq-dan yuxarı) isə bolqarıstanlı Yordan Morehon ilə qarşılaşacaqlar.
Qeyd edək ki, turnirin ilk günündə Günel Rəhimova, Anaxanım İsmayılova, Məhsəti Həmzəyeva və Şəhla Allahverdiyeva rinqə çıxıblar. 
“Strandja” turnirində 40-a qədər ölkədən 398 boksçu (256 kişi, 142 qadın) mübarizəyə qoşulub. Yarışın qaliblərinin adına fevralın 26-da aydınlıq gələcək.


“Sərhədçi PİK” zirvəyə şərik oldu 


Azərbaycan Basketbol Liqasının məlumatına görə, həftəsonu Astara Olimpiya İdman Kompleksində 18-ci turun bağlanış oyunu keçirildi.
“Zirvə Astara BK” komandası doğma azarkeşlər önündə “Sərhədçi PİK” basketbolçularını qəbul edib. Oyuna sürətli başlayan “Sərhədçi PİK” basketbolçuları yekunda rəqib üzərində 92-76 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular: “Zirvə Astara BK” (Cerret Henderson - 21 xal, 10 ribaund), “Sərhədçi PİK” (Maksvel Starvud - 22 xal, 9 ribaund).
Məlumat üçün deyək ki, hazırda turnir cədvəlinə 31 xalla NTD BK başçılıq edir. Eyni xala malik “Sərhədçi PİK” zirvəyə şərikdir.
Qeyd edək ki, 19-cu turun oyunları 22-26  fevral aralığında baş tutacaq.


Rumıniyada 6 gün...


Sabah Rumıniyanın Arad şəhərində gənc və yeniyetmə boksçular arasında beynəlxalq turnir start götürəcək. Altı gün davam edəcək yarışda Azərbaycan milli komandaları 34 idmançı ilə təmsil olunacaq. Bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən aldığımız məlumatda bildirilir. 
Qeyd edilir ki, gənc boksçuların mübarizəsində rinqə baş məşqçi Elbrus Rzayev, məşqçilər Elvin Məmişzadə və Ceyhun Əbiyevin rəhbərliyi altında Rauf Məmmədov, Ramal Yolçuyev (hər ikisi 48 kq), Sübhan Məmmədov (51 kq), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 54 kq), Məhəmmədəli Aşurəliyev, Məhəmmədəli Qasımzadə (hər ikisi 57 kq), Nadir Məlikov, Nəsir Səyyad (hər ikisi 60 kq), Aslan Quliyev (63,5 kq), Ziya Həsənov (71 kq), Fərhad Şeydayev (75 kq), İlfan Xəlilli (80 kq), İsmayıl İsmayılov (86 kq), Səbuhi Əlizadə (92 kq) və Həsən Sadıqzadə (+92 kq) çıxacaqlar.
Aradda yeniyetmələrdən ibarət yığmaya isə baş məşqçi Vaqif Kazımov və məşqçi Teymur Məmmədov rəhbərlik edəcək. Çalışdırıcılar turnirdə Bilalhəbəşi Nəzərov, Əli Baxışov (hər ikisi 46 kq), Sübhan Babayev (48 kq), Faiq Mollayev, Bağır Əmirxanlı (hər ikisi 50 kq), Eldar Abdullazadə, Raul Əsədullayev (hər ikisi 52 kq), Elbrus Kərimli (54 kq), Orucəli Cavadzadə, Vaqif Hacıyev (hər ikisi 57 kq), İbrahim Mirhəsən (60 kq), Kənan Aslanlı Tərlan Əhmədov (hər ikisi 63 kq), Rüstəm Neymətov, Rövşən Abbasov (hər ikisi 66 kq), Kənan İsayev, Hüseyn Hüseynli (hər ikisi 70 kq) və İlkin Məmmədliyə (80 kq) şans verəcək.
Yarışda ölkəmizi hakim kimi Məsməxanım Səlimova təmsil edəcək.
Qeyd edək ki, turnirdə 25 ölkədən 300-ə qədər boksçunun iştirakı gözlənilir.


Elçin AĞAMİRZƏ, 
“Xalq qəzeti”





İdman