Co Bayden Kiyevə gəlib

post-img

Dünən ABŞ Prezidenti Co Baydenin Ukraynaya gəldiyi barədə məlumatlar yayılıb. Bu barədə ilk məlumatı özünün “Twitter”ində jurnalist Yulian Repke yayıb. Sonradan rusiyalı hüquq müdafiəçisi, hüquqşünas Mark Feyqin də məlumatı təsdiqləyib. O, sadəcə, “Bayden Kiyevdədir”, – yazmaqla kifayətlənib. 


UNİAN-ın Ukraynadan verdiyi xəbərə görə, bir qədər sonra ABŞ Prezidentinin Kiyevdəki Mixaylov meydanında olduğunu əks etdirən ilk videokadrlar yayılıb. Kadrlarda hava həyəcanının elan olunduğu da eşidilir. Kadrlara əsasən, Prezident Bayden Ukrayna lideri Volodimir Zelenski ilə birgə Mixaylov meydanında müharibədə həlak olmuş Ukrayna qəhrəmanlarının xatirəsini yad edib.
Bayden Zelenski ilə keçirdiyi brifinqdə bildirib ki, Ukrayna ABŞ-dan 500 milyon dollarlıq yeni hərbi yardım paketi alacaq: “Biz Atlantik okeanından Sakit okeana kimi bütün dünyada ­50-dən çox ölkənin daxil olduğu koalisiya qurmuşuq”.


“Xalq qəzeti”

Dünya