Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, martın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı tapança, 1 qumbara, 4 tüfəng və 42 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 qumbara, 3 ədəd alışdırıcı və 5 ədəd patron aşkar edilərək götürülüb.

Hadisə