Xankəndidə silah-sursat aşkarlanıb

post-img

Polis əməkdaşları Xankəndidə silah-sursat aşkarlayıblar.

Bu barədə XQ-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 13-də Xankəndi şəhəri ərazisindən 25 müxtəlif markalı avtomat, 1 pulemyot, 3 tapança, 1 tüfəng, 11 qumbara, 10 alışdırıcı, 38 patron darağı, 7575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Hadisə